Главная > Cəmiyyət > Ürəyi xəstə olan jurnalist hərbi xidmətə aparılır

Ürəyi xəstə olan jurnalist hərbi xidmətə aparılır


19-04-2018, 13:58.

              Ürəyi xəstə olan jurnalist hərbi xidmətə aparılır

 

Jurnalist Polad Aslanov hərbi xidmətə aparılır.

 

Sozcu.az saytının əldə etdiyi məlumata görə, Xeberman.com saytının baş redaktoru Polad Aslanov bu gün hərbi xidmətə aparılıb.

Əld etdiyimiz məlumata görə, Polad Aslanovun ürəyində ciddi problemin olması ilə yanaşı, çəkisi də hərbi xidmət qaydalarına uyğun deyil.

Jurnalistin bu gün Naxçıvan Muxtar Respublikasına göndəriləcəyi bildirilir.

Əldə etdiyimiz digər məlumata görə, ürəyində olan ciddi problemlərə görə bu günəcən hərbi xidmətə aparılmayan 29 yaşlı jurnalistin bu gün hərbi xidmətə aparılmasına səbəb son zamanlar hakimiyyət əlehinə yazdığı kəskin yazılardır.

Faktla bağlı araşdırma aparacağıq.

 


Вернуться назад