Главная > GÜNDƏM > Rusiya XİN-in onlarla əməkdaşı partlayış təhlükəsi ilə əlaqədar təxliyyə edilib

Rusiya XİN-in onlarla əməkdaşı partlayış təhlükəsi ilə əlaqədar təxliyyə edilib


19-04-2018, 23:35.

           Rusiya XİN-in onlarla əməkdaşı partlayış təhlükəsi ilə əlaqədar təxliyyə edilib

 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-dan çox əməkdaşı XİN-in Moskvanın mərkəzindəki binasından partlayış təhlükəsi barədə məlumatla əlaqədar təxliyyə edilib.

"Report" xəbər verir ki, bu barədə TASS şəhərin təcili xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə 44 nəfər təxliyyə edilib. Onlar nazirliyin binasından Smolensk-Sennaya meydanına köçürülüblər.

 


Вернуться назад