Главная > Ölkə > Dövlət İmtahan Mərkəzindən jurnalistika ixtisası ilə bağlı - QƏRAR

Dövlət İmtahan Mərkəzindən jurnalistika ixtisası ilə bağlı - QƏRAR


20-04-2018, 10:21.

            Dövlət İmtahan Mərkəzindən jurnalistika ixtisası ilə bağlı- QƏRAR

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən vəimtahanın ikinci mərhələsinəburaxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Həmin bakalavrlar 2018-ci il aprelin 30 dək Dövlətİmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 2018-ci il mayın 7-dən 11-dək qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və"məqbul”qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 2018-ci il aprelin 20-dən 30-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdətutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2018-ci il mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2018-ci il mayın 7-dən 11-dək vərəqədəgöstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etməküçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– dövri mətbuatda, radio vəteleviziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrəyazılarını (radio vəteleviziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda);
– təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması iləbağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış vətəşkilatın möhürü ilətəsdiqlənmiş arayışı.

Qeyd: Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və30 dəqiqə biletin suallarını cavablandırmaqüçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməkləQabiliyyət İmtahanı Komissiyası(QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinəyetirilir.

Hər bir biletin quruluşu təxminən aşağıdakıkimidir:
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;
2. Şifahi müsahibə;
3. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi.

İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio vəteleviziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrəyazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşəetikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilətəqdim edilmiş ədəbiyyat (mənbələr)çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişindəkomissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını vəümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavəsuallar verə bilərlər.

3. Bakalavr ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə edir.
Bu yazılı tapşırıq Azərbaycan və ya rus dillərində verilmiş mətnin təhlilini və redaktə edilməsini nəzərdətutur. Bakalavr səhvləri tapır vədüzəldir, etdiyi düzəlişləri izah edir, mətni redaktə olunmuş formada yenidən yazır. Mətni redaktə edərkən bakalavr ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Materialı təhlil və redaktə edərkən bakalavr aşağıdakı məsələləriəhatə etməyə çalışmalıdır:
• mövzunun açılma dərəcəsi;
• başlıq və məzmunun uyğunluğu;
• materialın quruluş vəformasına görəjanrının müəyyənləşdirilməsi;
• materialın yazıldığı janrın tələblərinəuyğunluq dərəcəsi;
• yazının dil və üslub normalarıbaxımından təhlili;
• səhvləri aradan qaldırmaqla materialın yenidən işlənilməsi.

Qeyd: Təhlil üçün materiallar tədris bölmələrinə müvafiq olaraq Azərbaycan və rus dillərində təqdim olunur.

Bakalavrın biletin hər bir bəndi üzrəcavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bəndüzrə maksimum bal: 15). Biletin hər bir bəndi üzrəən azı 3, bilet üzrəümumilikdə isə 9 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul” qiymət almışhesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar magistraturaya qəbul imtahanının ikinci mərhələsində həmin proqram üzrəimtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələüzrə vəümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrəixtisaslaşmaları seçəbilərlər.

Jurnalistika üzrə qabiliyyət imtahanına hazırlaşmaq üçün ədəbiyyat siyahısı:

1. Azərbaycan Respublikasının Konstitusiyası. http://e-qanun.az/framework/897
2. "Azərbaycan 2020: gələcəyə baxış”İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilətəsdiq edilmişdir. http://www.president.az/files/future_az.pdf
3. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrəstrateji yol xəritələri”. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilətəsdiq edilmişdir. http://www.president.az/
4. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu, № 769-IQ, 7 dekabr 1999 cu il. http://e-qanun.az/files/framework/data/7/f_7512.htm
5. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu, № 1024-IIQ, 30 sentyabr 2005 ci il. http://e-qanun.az/files/framework/data/11/c_f_11142.htm
6. Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu, №505-IQ, 19 iyun 1998 ci il. http://e-qanun.az/files/framework/data/3/c_f_3420.htm
7. Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu, № 733-IIQ, 07 sentyabr 2004 cü il. http://e-qanun.az/files/framework/data/3/f_3731.htm
8. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008 ci il tarixli Sərəncamı ilətəsdiq edilmişdir. http://www.presscouncil.az/metbuat-shurasi/KIV-huquqi-normativ%20baza/KIV-Konsepsiya.doc
9. Azərbaycan jurnalistlərinin peşədavranışı qaydaları (yeni variant). Sənəd 2003-cü il martın 15 də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilib. http://www.presscouncil.az/az/show.page.php?guid=6b713f93-ba53-11df-b529-0022190362dd
10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya. Roma, 4 noyabr 1950 ci il. Konvensiyanın rəsmi tərcüməsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 31 mart 2002-ci il, №3). http://www.ajb.az/site/konvensiya.pdf
11. Beynəlxalq Jurnalistlər Federasiyasının Jurnalist Davranışının Prinsipləri Haqqında Bəyannaməsi. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) II Ümumdünya Konqresində (Bordo, 25-28 aprel 1954-cü il) qəbul edilmiş; BJF-nin XVIII Ümumdünya Konqresində(Helsinki, 2-6 iyun 1986-cıil) düzəlişlər edilmişdir. http://www.ajb.az/site/beyanname.pdf
12. Aslanov A. İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar. Bakı, 2016.
13. Əhmədli N. Jurnalistin nitq mədəniyyətininəsasları. Dərslik. Bakı, 2014.
14. Əliyev V. Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı. Bakı, 2006.
15. Fichtelius E. Jurnalistikanın on qızıl qaydası. http://www.ajb.az/i/jurnalistikanin_on_qizil_qaydasi.pdf
16. Məmmədli C. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, 2013.
17. Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. Dərslik. Bakı, 2012.

 


Вернуться назад