Главная > Mövqe > Sergey Şoyqu: "Suriyaya raket hücumu ən uyğunsuz vaxtda həyata keçirilib"

Sergey Şoyqu: "Suriyaya raket hücumu ən uyğunsuz vaxtda həyata keçirilib"


20-04-2018, 18:50.

          Sergey Şoyqu: "Suriyaya raket hücumu ən uyğunsuz vaxtda həyata keçirilib"

 

ABŞ və onun müttəfiqlərinin Suriyaya raket hücumları ən uyğunsuz vaxtda həyata keçirilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT Baş katibinin Suriya məsələsi üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüş zamanı deyib. O bildirib ki, raket hücumları Suriyada normallaşma vəziyyətinin birdəfəlik təmin olunacağı bir vəziyyətdə və Şərqi Qutada əməliyyatın başa çatmasına 2 gün qalmış baş verib: "Məhz zərbələrin endirilməsindən 2 gün sonra əməliyyatı başa çatdırdıq. Raket zərbələri stabillik gətirmədi və Suriyada nizamlama prosesinə mane oldu”.

 


Вернуться назад