Главная > Aktual > Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq

Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq


20-04-2018, 18:23.

                Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq

 

Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq.

Kult.az xəbər verir ki, bu sözləri Moskvada səfərdə olan İranın Təhsil naziri Məhəmməd Bəthai Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşdə deyib.

Görüşlə bağlı İran mətbuatına açıqlama verən Bəthai bildirib ki, o, ingilis dilinin ölkə məktəblərində ikinci dil olaraq aradan qaldırılması, onun yerinə rus dilinin tədris olunmasının tərəfdarıdır:

"Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri V.Nikonovla görüşümdə Rusiya məktəblərində fars dilinin tədrisinə yer verilərsə, biz də qarşılıqlı bir razılaşma əsasında İran məktəblərində rus dilinin ikinci xarici dil kimi tədrisinə başlaya biləcəyimizi dedim. Belə olduğu halda, rus dili İran məktəblərinin ikinci xarici dili olacaq”.

 


Вернуться назад