Главная > Sosial > SOCAR-ın idarə rəisi Vasif Əmirov vəzifəsindən çıxarılır

SOCAR-ın idarə rəisi Vasif Əmirov vəzifəsindən çıxarılır


21-04-2018, 12:17.

             SOCAR-ın idarə rəisi Vasif Əmirov vəzifəsindən çıxarılır

 

Türkiyədə milyonluq villa alması ilə bağlı mətbuatın gündəminə gələn Vasif Əmirovun Rövnəq Abdullayevin qəzəbinə tuş gəldiyi iddia edilir.

 

SOCAR şirkətindən AzFakt.com-a daxil olan məlumata görə bir müddət əvvəl Türkiyədə milyonluq villa alması ilə bağlı mətbuatın gündəminə gələn Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. Məlumata görə Vasif Əmirovun Türkiyədə villa alması məlumatı SOCAR rəhbərliyindən hakimiyyətin yuxarı dairələrinə qədər gedib çıxıb. Vasif Əmirov villa məlumatının yalan olduğunu sübut etməyə çalışsada rəhbərliyi inandıra bilmədiyi deyilir.

 

AzFakt.com-a daxil olan məlumatda vurğulanır ki, yaxın aylarda SOCAR-daxilində idarə müəsissə rəhbrələrinin dəyişşkliyi gözlənilir. Və bu dəyişikliklərdə Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun vəzifəsindən çıxarılanlar siyahsıında yer alacağı bildirilir.

 

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Uluyol.az

 


Вернуться назад