Главная > Problem > Azərbaycanda iki gənc idmançı itkin düşdü -FOTOLAR

Azərbaycanda iki gənc idmançı itkin düşdü -FOTOLAR


21-04-2018, 14:28.

             Azərbaycanda iki gənc idmançı itkin düşdü -FOTOLAR

 

Azərbaycanda iki gənc idmançı itkin düşüb.

 

"Everest" İdman Klubunun mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, itən gənclər Nüsrət Nəzərzadə və Aqil Təbirlidir. Belə ki, Sumqayıt şəhərində yaşayan gənclər aprelin 18-də günorta radələrində məşq etmək üçün rezin qayıqla Xəzər bağları istiqamətinə yollanıblar. Həmin tarixdən etibarən adıçəkilən gənclərdən xəbər alan olmayıb.

 

Hadisə ilə bağlı FHN və 102 xidmətinə məlumat verilib. Sahilboyu axtarış aparılsa da, heç bir nəticə əldə etmək mümükün olmayıb.

 

Qeyd edək ki, Nüsrətin 17, Aqilin isə 15 yaşı var.

 


Вернуться назад