Главная > Ümumi > Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"

Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"


21-04-2018, 16:43.

             Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"

 

Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak Azərbaycan qazının nəql olunacağı TANAP və TAP-ın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacağını bildirib.


APA-nın məlumatına görə, B. Albayraq Almaniyanın "Frankfurter Allegemeine Zeitung" qəzetinə müsahibəsində deyib ki, həm alternativ qaz mənbəyi olması, həm də bölgədə qaz satışında rəqabət yaratması səbəbindən TANAP və TAP Avropa üçün çox önəmlidir.

B. Albayraq bildirib ki, Avropa illərlə NABUCCO layihəsi barədə danışsa da, həyata keçirə bilməyib: "Ancaq Azərbaycan və Türkiyənin iştirakı və rəhbərliyi ilə Avropa üçün bu qədər önəmli bir layihə həyata keçirilə bildi. Bu kəmərlə gələcəkdə başqa ölkələrin də qaz resurslar nəql oluna bilər. Dünyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün qaz ixrac edən və tranzit ölkələrdə sabitliyin, əməkdaşlığın genişlənməsinin əhəmiyyəti ortaya qoyması, o cümlədən potensial layihələrə nümunə olması baxımından TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndirə bilərik. Bu layihə həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu ortaya qoyur".


Вернуться назад