Главная > Kriminal > Çin polisi yarım ton metamfetamin müsadirə edib

Çin polisi yarım ton metamfetamin müsadirə edib


21-04-2018, 20:11.

                Çin polisi yarım ton metamfetamin müsadirə edib

 

Çin polisi Çunçin şəhərində narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstənin 6 üzvünü həbs edib. Onlardan 521,5 kiloqram metamfetamin maddəsi müsadirə olunub.

AZƏRTAC xəbər verir ki, ötən ilin yayında polis bir nəfərin narkotik maddə ticarəti ilə məşğul olmasından şübhələnərək onu nəzarət altına götürüb. Məlum olub ki, Van adlı həmin şəxs bir neçə nəfərlə əlbir olaraq metamfetamin maddəsinin və digər narkotik maddələrin hazırlanması və satışı ilə məşğuldur.

Çunçin şəhər polisinin Diancian qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində narkotik maddə hazırlayan avadanlıq da müsadirə olunub.

 


Вернуться назад