Главная > Cəmiyyət > Xətai rayonunda “abadlaşdırılmış” bağdan bərbad mənzərə… Şəhidimizə hörmətsizlik – FOTOLAR

Xətai rayonunda “abadlaşdırılmış” bağdan bərbad mənzərə… Şəhidimizə hörmətsizlik – FOTOLAR


21-04-2018, 18:45.

          Xətai rayonunda "abadlaşdırılmış” bağdan bərbad mənzərə… Şəhidimizə hörmətsizlik – FOTOLAR

 

Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun bir zamanlar yaşadığı binanın qarşısındakı bağda "abadlıq” adına əsl bərbadlıq yaradıblar.

 

Ətraf binaların sakinləriTurkustan.info-ya bildiriblər ki, prezident seçkisinə bir neçə gün qalmış qəflətən binaların arasındakı bağa uşaqların oynaması üçün qurğular, yelləncəklər gətirib quraşdırıblar: "Bağın ərazisi bərbad vəziyyətdədir. Uzun müddət abadlaşdırılmayıb. Ərazini daş-kəsəkdən təmizləmədən, yaşıllaşdırmadan, səkiləri düzəltmədən gətirib bu qurğuları quraşdırıb gediblər. Ancaq bağın indiki halı uşaqların orada oynaması, qurğulardan istifadə etməsi üçün təhlükəlidir. Oturmaq üçün skamyalar belə quraşdırılmayıb”.

Bina sakinləri hesab edir ki, bu cür "başdansovdu” iş əraziyə məsul olan qurumların yuxarı təşkilatlara hesabat vermələri üçün lazımmış: "Biz rayon rəhbərliyindən, əraziyə baxan əlaqədar qurumlardan bu bağın qısa zamanda abadlaşdırılmasını istəyirik. Bu olmadığı halda, sabah həmin qurğulardan yıxılıb xəsarət alacaq uşaqlar üçün onlar məsuliyyət daşımalı olacaq”.

Digər tərəfdən qeyd etdiyimiz kimi, bu bağ Milli Qəhrəmanın barelyefi vurulmuş binanın qarşısındadır. Bağın bu şəkildə "abadlaşdırılması” həm də şəhid Milli Qəhrəmanımıza sayğısızlıqdır.

 Xətai rayonunda “abadlaşdırılmış” bağdan bərbad mənzərə… Şəhidimizə hörmətsizlik – FOTOLAR


Вернуться назад