Главная > Baş Xəbər > Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb

Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb


22-04-2018, 08:06.

            Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb

 

Suriyada Türkiyə üçün təhlükə ilk növbədə onun strateji tərəfdaşlarından gəlir.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalının efirində deyib.

"ABŞ Suriyanın şimalına silahla dolu 5 min yük maşını göndərib. Biz ABŞ-dan pulnan silah ala bilmirik, lakin onlar və koalisiya qüvvələri terrorçu qrupları bu silah-sursatı pulsuz təmin edə bilirlər. O zaman təhlükə haradan gəlmiş olur? İlk növbədə strateji tərəfdaşlarımızdan", - deyə Türkiyə lideri bildirib.

 


Вернуться назад