Главная > Kriminal > Dağıstanda 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib

Dağıstanda 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib


22-04-2018, 08:37.

     Dağıstanda 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib

 

Dağıstanın Dərbənd şəhərində 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, axtarış əməliyyatları zamanı şəhərin ayrı-ayrı hissələrində 2 qrup silahlı aşkar edilib. Silahlılar təslim olmaqdan imtina edərək, polislərə silahlı müqavimət göstərib. Atışma zamanı silahlılar məhv edilib.

Məlumata əsasən, mülki əhali və polislər arasında ölən olmayıb, bir xüsusi təyinatlı yaralanıb.

 


Вернуться назад