Главная > Dünya > İrəvanda etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb

İrəvanda etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb


23-04-2018, 00:50.

           İrəvanda etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb

 

Bu gün İrəvanda davam edən etiraz aksiyaları zamanı Ermənistan polisi 277 nəfəri saxlayıb.

Musavat.com-un Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "RİA Novosti”yə Ermənistan polisinin rəsmi nümayəndəsi Edqar Canoyan məlumat verib.

"Hal-hazırda polis şöbələrinə 277 nümayişçi gətirilib", - deyə o, bildirib.

 

Bundan əvvəl etiraz aksiyaları zamanı 232 nümayişçinin saxlanıldığı bildirilib.

Xatırladaq ki, aprelin 13-dən İrəvanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

 


Вернуться назад