Главная > Aktual > Ermənistanın Tiflisdəki səfirliyinin qarşısında aksiya keçirilib

Ermənistanın Tiflisdəki səfirliyinin qarşısında aksiya keçirilib


23-04-2018, 00:07.

           Ermənistanın Tiflisdəki səfirliyinin qarşısında aksiya keçirilib

 

Tiflisdə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında həmrəylik aksiyası keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları Yerevanda keçirilən etiraz aksiyalarının iştirakçılarına dəstək ifadə ediblər. Etirazçılar Ermənistan hakimiyyətini öz vətəndaşlarına qarşı güc tətbiq etməməyə çağırıblar.

 

Aksiya iştirakçıları Yerevandakı proseslərin ölkədə demokratiyanın qurulması üçün zəmin olacağına ümidvar olduqlarını bildiriblər.

 


Вернуться назад