Главная > Sosial > Hüseyn Bağırov daha nazir olmayacaq - Yerinə sürpriz İSİM

Hüseyn Bağırov daha nazir olmayacaq - Yerinə sürpriz İSİM


22-04-2018, 15:25.

         Hüseyn Bağırov daha nazir olmayacaq -Yerinə sürpriz İSİM 

 

Daha bir nazirin yeni hökumətdə təmsil olunmayacağı dəqiqləşib.

 

BakuPost-a daxil olan xəbərə görə, uzun illərdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik etmiş Hüseyn Bağırov nazir vəzifəsinə təsdiq edilməyəcək.

 

Ehtimal olunur ki, onun yeni hökümətdə təmsil olunmaması nazirin hələ seçkilərdən əvvəl səhhəti ilə əlaqədar işdən azad olunması üçün bir neçə dəfə ölkə rəhbərliyinə ərizə ilə müraciət etməsidir. Yeni hökumətin formalaşmasında onun bu müraciəti nəzərə alınıb.

 

Onun yerinə 2009-cu ildən etibarən Əmlak Məsələləri Dövlət Komitəsinə sədrlik etmiş Kərəm Həsənovun təyin ediləcəyi güman edilir.

 

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində bəzi vəzifələrə təyinat olmayıb. Onlardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri və ekologiya və təbii sərvətlər naziri postudur.

 


Вернуться назад