Главная > Region > Siyəzəndə kanalda batan şəxsin axtarışı aparılır

Siyəzəndə kanalda batan şəxsin axtarışı aparılır


23-04-2018, 12:49.

               Siyəzəndə kanalda batan şəxsin axtarışı aparılır

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 22 aprel 2018-ci il tarixində Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

 


Вернуться назад