Главная > Baş Xəbər > Müharibə hazırlıqları başladı - Türkiyəyə hücum?

Müharibə hazırlıqları başladı - Türkiyəyə hücum?


24-04-2018, 11:44.

                   Müharibə hazırlıqları başladı- Türkiyəyə hücum?

Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin ki, ancaq mən heç kirayə götürülmüş döyüş gəmisi eşitməmişdim.

Bu sözləri türkiyəli təhlükəsizlik eksperti Mete Yarar bugünkü məqaləsində bildirib.

"Ortada bir savaş yoxdur. İqtisadi cəhətdən batmış bir ölkədən bəhs edirik. Birini 100 milyon avrodan kirayələdilər. Sizcə, müharibə yoxdursa, niyədöyüş gəmisi icarəyə götürürlər? Demək, nəyəsəhazırlanırlar. Niyə Yunanıstanın müdafiənaziri açıqlamalar verir? Fransa prezidenti "Biz Suriyaya gəldik, Türkiyəilə Rusiyanın arasını vurmaq üçün bilərəkdən Suriyanı bombaladıq” tipli açıqlamalar verir...” - Yarar qeyd edib.

Ekspert bildirib ki, Türkiyə S-400 müdafiəsistemi almağa çalışır, əvəzində qiyamət qopur:

"Bu silah-filan deyil, müdafiə sistemidir. Türkiyə özünü müdafiə etmək üçün sistem istəyir, başqa heç nə. Bunun alınmaması üçün səy göstərirlər. Səudiyyə, BƏƏ və Misir qoşunlarının tərkibində olduğu ordunun sərhədlərimizə gəlməsi üçün görüşlər keçirilir. Bir şeyə hazırlaşırlar. Türkiyə də hazırlaşır, ancaq biz müharibəyə hazırlaşmırıq. Biz onsuz da hər vəziyyəti nəzərə alaraq hazırlıq aparırıq. Bu coğrafiyanın taleyi budur”.(axar.az)

 


Вернуться назад