Главная > Mədəniyyət > Mübariz Tağıyevin konsertində izdiham yaşandı – FOTOLAR

Mübariz Tağıyevin konsertində izdiham yaşandı – FOTOLAR


26-04-2018, 14:28.

              Mübariz Tağıyevin konsertində izdiham yaşandı – FOTOLAR

 

Ötən gün Heydər Əliyev Sarayında xalq artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş konsert proqramı keçirilib.

 Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə təşkilatçılığı ilə reallaşan konsert səbəbkarın ifası ilə başlayıb. İfasını bitirdikdən sonra xalq artisti tamaşaçılara təşəkkür edib.

Daha sonra səhnəyə "Eurovision” təmsilimiz Səbinə Babayeva çıxıb. Onun ardı ilə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri öz ifaları ilə gecəyə rəng qatıblar. Konsertdə ən diqqət çəkən məqam izdiham yaşanmasıdır, Tağıyevi görmək üçün yüzlərlə insan saraya axışıb.

Qeyd edək ki, gecədə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, sevilən müğənnilər Cavan Zeynallı, Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, Ülkər Əliyeva, Çingiz Mustafayev, Cahangir Qurbanov, Musa Abdullayev və "Qaya", "Rast" qrupları, "Sevil" ansamblı, Estrada-simfonik orkestri-bədii rəhbər Salman Qəmbərov, "Cəngi" qrupu, habelə "Savab" qrupu, Zabitlər Evinin xoru və "Bakılı oğlanlar" komandası çıxış edib.//musavat.com




Вернуться назад