Главная > Baş Xəbər > Cənubi Koreya və ABŞ sammitin keçiriləcəyi gün təlimləri dayandıracaq

Cənubi Koreya və ABŞ sammitin keçiriləcəyi gün təlimləri dayandıracaq


26-04-2018, 17:45.

              Cənubi Koreya və ABŞ sammitin keçiriləcəyi gün təlimləri dayandıracaq

Cənubi Koreya və ABŞ koreyalararası sammitin keçiriləcəyi gün müştərək hərbi təlimləri dayandırmaq qərarına gəlib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmiş qərargah rəisləri komitəsindən bildiriblər. Komitənin bəyanatına əsasən, cənubi koreyalı hərbçilər həmin gün ölkə prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen Inın danışıqlarına "stabil dəstək” vermək üçün cəmlənəcək.

Qeyd edək ki, Cənubi Koreyada aprelin 23-də başlayan "Key Resolve” (KR) təlimləri iki həftə davam etməlidir. Təlimlərin ilk hissəsi cümə axşamı yüksək səviyyəli görüşdən bir gön öncə bitməlidir. Hərbçilər sammitdən sonra təlimlərin ikinci mərhələsinə başlamaq niyyətindədir. ABŞ və Cənubi Koreya aprelin 1-də start götürən "Foal Eagle” təlimlərini faktiki olaraq dayandırıb.

Xatırladaq ki, koreyalararası sammit aprelin 27-də Phanmuncom sərhəd kəndinin Cənubi Koreyanın ərazisinə düşən hissəsindəki Sülh sarayında baş tutacaq. İki ölkə liderinin görüşü 1953-cü ildə Koreya müharibəsinin bitməsindən bəri bu qəbildən olan üçüncü tədbirdir.

 


Вернуться назад