Главная > Baş Xəbər > İranın taleyi: ABŞ mayda mövqeyini açıqlayacaq

İranın taleyi: ABŞ mayda mövqeyini açıqlayacaq


26-04-2018, 18:02.

              İranın taleyi: ABŞ mayda mövqeyini açıqlayacaq

 

ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşmasından may ayında çıxmayacaq.

Axar.az xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə müsahibəsində ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin keçmiş rəhbəri Ceyk Sallivan deyib.

"Məncə, Tramp bu razılaşmadan çıxma müddətini bir qədər uzadacaq. ABŞ, Fransa, Britaniya və Almaniya arasında bu istiqamətdə danışıqlar maydan sonra da davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ mayın 12-də İranın nüvə razılaşması ilə bağlı mövqeyini bəyan edəcəyini bildirib. Rəsmi Vaşinqton mövqeyini Britaniya, Fransa və Almaniya ilə apardığı danışıqlardan sonra açacağını söyləyib.

 


Вернуться назад