Главная > Dünya > İranın Ali Rəhbəri 715 məhkumu əfv edib

İranın Ali Rəhbəri 715 məhkumu əfv edib


1-05-2018, 18:01.

                İranın Ali Rəhbəri 715 məhkumu əfv edib

 

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi 715 məhkumu əfv edib.

Ali Rəhbərin administrasiyasından verilən xəbərə görə, 12-ci İmam Mehdinin doğum günü münasibətilə rəhbər humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq 715 məhkumu əfv edib.

Müxtəlif cinayətlərə görə inqilab məhkəmələri tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər Ali Rəhbərə əfv olunmaları haqqında müraciət etmişdilər.

Ali Rəhbərin əfv fərmanına görə bir sıra məhkumlar azadlığa çıxıb, digərlərinin isə azadlıqdan məhrum olunma müddətləri azaldılıb.

 


Вернуться назад