Главная > GÜNDƏM > İran ABŞ və müttəfiqlərini hədələdi

İran ABŞ və müttəfiqlərini hədələdi


1-05-2018, 16:35.

                İran ABŞ və müttəfiqlərini hədələdi

 

İranın dini lideriAyətullah XameniABŞ və müttəfiqlərini hədələyib.

 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, 1 may işçi bayramı ilə əlaqədar qatıldığı proqramların birində ABŞ-və müttəfiqlərinə səslənərək, "bizi vursaz, vurularsınız" deyib.

 

İranın müxtəlif şəhərlərindən gələn minlərlə işçinin qarşsında çıxış edən Xamenei ABŞ-ın Səudiyyə Ərəbistanını bölgədə qarşıdurma yaratmaq üçün qızışdırdığını dilə gətirib.

 

"Nə üçün yəhudiləri qızışdırmırlar? Çünki müsəlmanların bir-biri ilə savaşmasını istəyirlər", - deyə o, bildirib.

 

Qeyd edək ki, ötən bazar günü mütəfiq qüvvələri Suriyada rejim üçün savaşan Hizbullaha qarşı hücum təşkil edib. Hücum nəticəsində Hizbullahın hərbi bazası bombalanıb və aralarında iranlıların da olduğu 26 nəfər ölüb.

 


Вернуться назад