Главная > Baş Xəbər > Kürdlərin həbsdəki lideri Türkiyə prezidentliyinə namizəd olacaq

Kürdlərin həbsdəki lideri Türkiyə prezidentliyinə namizəd olacaq


2-05-2018, 23:19.

                Kürdlərin həbsdəki lideri Türkiyə prezidentliyinə namizəd olacaq

 

Kürdyönümlü Xalqların Demokrat Partiyası (HDP) Türkiyədəki prezident seçkilərində həbsdə olan keçmiş həmsədri Səlahəddin Demirtaşın namizədliyini irəli sürəcək.

"Biz 4 mayda İstanbulda və Diyarbakırda keçiriləcək tədbirlərdə prezident postuna Səlahəddin Demirtaşın namizədliyini təklif edəcəyik ". Virtualaz.org bildirir ki, HDP həmsədrləri Pervin Buldan və Sezaya Temellinin partiyanın adından RİA Novosti-yə daxil olan bəyanatında belə deyilir.

Xatırladaq ki, 2016-cı ilin noyabrında türk hakimiyyəti HDP-nin 10 deputatını, həmçinin Demirtaşı və partiyanın başqa həmsədri Figen Yuksəkdağı həbs edib. Onları PKK terror təşkilatı ilə əlaqələrdə ittiham edirlər.//virtualaz.org

 


Вернуться назад