Главная > Baş Xəbər > Rusiya qırıcısı Suriyada partladı – iki pilot həlak oldu

Rusiya qırıcısı Suriyada partladı – iki pilot həlak oldu


3-05-2018, 17:03.

                   Rusiya qırıcısı Suriyada partladı – iki pilot həlak oldu

 

Rusiyanın Su-30SM bombardmançı təyyarəsi Suriya ərazisində qəzaya uğrayıb.

Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təyyarənin hər iki pilotu həlak olub.

İlkin məlumata görə, təyyarəyə atəş açılmayıb, partlayış ya texniki nasazlıq, ya da mühərriyə quşun girməsi nəticəsində baş verib.

Qeyd edək ki, mart ayında Suriyada Rusiyanın AN-26 təyyarəsi qəzaya uğramışdı və nəticədə 33 sərnişin və 6 ekipaj üzvü həlak olmuşdu.

 


Вернуться назад