Главная > İqtisadiyyat > Türkiyədə dolların məzənnəsi 4,25 lirəyə çatıb

Türkiyədə dolların məzənnəsi 4,25 lirəyə çatıb


4-05-2018, 13:22.

             Türkiyədə dolların məzənnəsi 4,25 lirəyə çatıb

 

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 4,25 lirəyə çatıb.

"Report” türk mətbuatına istinadən xəbər verir ki, bu, ötən günün yekunu ilə müqayisədə təxminən 1% çoxdur.

Lirənin ucuzlaşması qlobal maliyyə bazarlarında Amerika valyutasının bahalaşması, eləcə də ölkə daxilində qiymət artımının sürətlənəcəyinə dair gözləntilərlə bağlıdır.

Qonşu ölkədə dollarla yanaşı, digər xarici valyutalar da bahalaşıb. Avronun məzənnəsi 5,09 lirəyə, ingilis funt sterliqinin məzənnəsi isə 5,76 lirəyə yüksəlib.

 


Вернуться назад