Главная > Maraqlı > Çində dəniz mavi neon rənginə boyanıb- FOTOLAR

Çində dəniz mavi neon rənginə boyanıb- FOTOLAR


7-05-2018, 10:19.

                Çində dəniz mavi neon rənginə boyanıb- FOTOLAR

 

CGTN teleşirkəti Çinin Dalyan şəhərinin şimal-şərq sahilindən maraqlı görüntülər yayımlayıb.

"Report” xəbər verir ki, video kadrlarda dəniz suyunun sahildə tam olaraq mavi neon rənginə boyandığı müşahidə olunur.

Bu təbii fenomen bioluminesans adlanır.

Adətən belə hallara isti sularda rast gəlinir. Burada milyonlarla mikroorqanizmlər dalğaların təsirindən müəyyən rəngdə işıq saçırlar.

Bioloqların fikrincə, mikroorqanizmlər yırtıcıları qorxutmaq üçün də işıq saça bilirlər.

 

Uluyol.az

Вернуться назад