Главная > Siyasət > Fransalı nazir Bəşər Əsədi hədələdi: “Vura bilərik”

Fransalı nazir Bəşər Əsədi hədələdi: “Vura bilərik”


8-05-2018, 16:53.

                Fransalı nazir Bəşər Əsədi hədələdi:"Vura bilərik”

 

Fransanın müdafə naziri Florans Parli Əsədə rejiminin kimyəvi silah işlədiləcəyi təqdirdə, Suriyaya hava zərbələrinin endirilməsini istisna etməyib.

Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, fransalı nazir deyib ki, kimyəvi silahın tətbiqinə yol vermək olmaz və buna qarşı mübarizə aparılmalıdır.

Onun sözlərinə görə, aprelin 14-də Suriyaya hava zərbələrinə ona görə məruz qaldı ki, Dəməşq tərəfindən ikinci belə bir hal baş verməsin.

"Belə bir hal təkrarlanarsa, biz yeni hava zərbələri endirmək barədə qərar qəbul edə bilərik”- deyə, fransalı nazir bildirib.

 


Вернуться назад