Главная > Region > Sabirabadda Qarabağ əlilinə qarşı qanunsuzluq davam edir-MÜRACİƏT

Sabirabadda Qarabağ əlilinə qarşı qanunsuzluq davam edir-MÜRACİƏT


9-05-2018, 08:36.

              Sabirabadda Qarabağ əlilinə qarşı qanunsuzluq davam edir-MÜRACİƏT

 

Sabirabad rayon sakini, uzun illərdir kirayələrdə yaşayan 2 qrup Qarabağ əlili Zaur Ağayevə qarşı özbaşınalıq davam edir. Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən Z.Ağayevə ev tikilməsi üçün ayrılan 350 kvadrat (3 sot yarım) torpaq sahəsi iki ildir zəbt edilib.

Bu barədə bir müddət əvvəl Z.Ağayev özü məlumat verib. Onun sözlərinə görə, Sabirabad Rayonun İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsi elə əslində qəsdən başqa adama zəbt etdirilib. O, bütün bu işlərin başında 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, "Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovun qohumu, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı, rayonun keçmiş memarı Ağarəhim və "Avtobaza”nın müdiri Məmmədov Seyidəmir Sabir oğlunun dayandığını da qeyd edib. Bu, Z.Ağayevə qarşı olan birinci haqsızlıq deyil. O, dəfələrlə qanunsuzluqlarla üzləşib.

Uluyol.az Qaziler.az  saytına istinadən Qarabağ əlilinin daxil olan son məktubunu oxucuların diqqətinə çatdırır:

"Məmmədov Seyidəmir Sabir oğlu bilərəkdən mənim qanuni hüquqlarımı pozur. Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən mənə ayrılmış 3 sot yarım torpaq sahəsi bu adamın tapşırığı ilə zəbt edilib. Bu adam kimdir?! Niyə ona kiminsə gücü çatmır?! Rayon mərkəzində yolun üstə Avtovağzal tikdirib, keçmiş nazir Ziya Məmmədovla əlaqəsi olduğu üçün rayonda marşrut monopoliyası yaradıb, kənar heç bir şəxsə bu işlə məşğul olmağa imkan vermir. Sərnişinlər avtovağzalda gediş haqqını ödəyib bilet almalıdır, amma burda bilet satışı yoxdur. Neçəyə sərf edir o miqdarda pul yığılır. Adamın şəxsi pendir zavodu var, illərdir bələdiyyə bundan torpaq sənədi ala bilmir ki, vergi təyin etsin. Digər vergiləri demirəm, özü etiraf edir ki, özünün yaxınlarının adına onlarla obyekti var. Vaxtı ilə Vahid bankı da yeznəsinin adına açıb o vaxtlarda vətəndaşların o bankda küllü miqdarda pulları batdı. Hamısını bu şəxs mənimsədi, amma nədənsə bu günə kimi bu adam bu qədər var-dövləti hansı yollarla mənimsədiyi heç araşdırılmayıb, rayonun hər ərazisində obyekt tikdirib. O qədər harınlayıb ki, nə dövlət tanıyır nə qanun. Qaziyə rəsmi sənədlə fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsini zəbt edib tikinti materialları töküb bina inşasına etmək istədi. Və bütün bunlar rayonun mərkəzində hakimiyyət orqanlarının hüquq mühafizə orqanlarının gözü qarşısında baş verirdi. Tikintinin dayandırıldığını görüb hər hansı bir vasitəylə bu torpağı ələ keçirmək üçün öyrətdiyi şəxslərin əli ilə məhkəməyə müraciət etdirdi. İki ildir məhkəmə prosesi gedir torpağı zəbt etmək üçün hər vasitəyə əl atır və deyir ki qanunda mənəm ağada onsuzda hər qərarı pulla satın alacam.

Bu adamı araşdıran yoxdur ki, bu səlahiyyət onda haradandır özünün və yaxınlarının adına bu qədər əmlak alıb, biznes qurub, niyə maraqlanmırlar bu vergiyə illik nə qədər pul ödəyir, bu qədər sərvəti hansı yollarla qazanıb?!

Görəsən, Vergilər Nazirliyi, Korrupsiya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi belə şəxslərin haram yollarla pullanıb, harınlamasına nədən göz yumur?

Hörmətli redaksiya! Xahiş edirəm, mənim səsimi ölkə rəhbərliyinə və müvafiq qurumlara çatdırın!”


Вернуться назад