Deputatın da adı dərman mafiyasına qarışdı
Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə uzanan cinayət
işi davam edir.
AFN xəbər verir ki, "Yeni Müsavat”ın yaydığı xəbərə görə, Tibbi Xidmət
İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevə ittiham
elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin
qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq)
maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev
dustaqlığı qətimkan tədbiri seçilib. Redaksiyaya daxil olan məlumatda deyilir
ki, hazırda hərtərəfli istintaq işi aparılır, yaxın günlərdə digər DGK vəzifəlilərinə
də rəsmi ittihamlar irəli sürülməsi üçün hüquqi baza formalaşdırılır.
İstintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri,
sübut və dəlillər toplanılmaqdadır.
Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan
olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin
rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən
azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin
gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs
ediləcəyi haqda xəbərlər yayılıb.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ifşa etdiyi "dərman mafiyası” ilə
işbirliyində adı hallananlardan biri də Əfv Komissiyasının üzvü, deputat Elmira
Axundovadır.
Qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə
yanaşı deputatın ailəsinə məxsus "Elit” aptekdə də satıldığı məlum olub.
Bu haqda "Azpolitika.info” maraqlı xəbər yayıb. Sayt yazır ki, deputat
Elmira Axundova "Elit” aptekin reklamı ilə də məşğuldur.
Qeyd edək ki, "Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət
göstərir. Yəni "Elit” apteklər şəbəkəsidir. Bu, aptekin özü haqda yaydığı
məlumatda da təsdiqlənir: "Elit” aptek şəbəkələri 1993-cü ildən fəaliyyət
göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub
saxlaya bilib. Yeni istifadəyə verilən "www.eliteaptek.az” ölkəmizdə ilk dəfə
olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini
sizlərə təklif edir".
Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia
edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul
olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir.
Maraqlıdır ki, internetdə "Elit” apteklər şəbəkəsi ilə bağlı məlumat
toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən
fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin
dərman preparatlarının qiyməti ilə bağlı tutduğu iradlara münasibət bildirərkən,
aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: "Mən özüm diabet xəstəsiyəm,
yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn,
əgər hansısa dərman ”Elit" aptekdə 15 manatadırsa, "AVİS” aptekdə 25
manatadır. Doğrudur, "AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə
almaq olar".
Sayt deputatın cavablandırması, aydınlıq gətirməsi zəruri olan bir məsələyə də
diqqət çəkir. Sitat: "Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə
”Elit" aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman
dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır.
Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən
Elmira Axundovanın bundan xəbəri olubmu?"
DTX-in məlum əməliyyatına qədər də "Elit” apteklər şəbəkəsi ilə Elmira
Axundovanın, onun oğlu Həbib Axundovun ilişkilərinin olmasını təsdiqləyən məlumatlar,
fotolar, fotofaktlar da ortalıqda idi. Ən başlıcası isə deputatın oğlu Həbib
Axundov da 1 il əvvələ qədər bu günlərdə generalları istintaqa cəlb olunan Dövlət
Gömrük Komitəsinin əməkdaşı idi. Deputat oğlunun adı 8 milyon manatlıq dələduzluq
işinə qarışdıqdan sonra DGK-dakı işindən kənarlaşdırıldı. Həmin dələduzluq işi
bu gün də istintaq edilməkdədir. Maraqlıdır ki, elə həmin dələduzluq işindən
sonra Elmira Axundova Nəsimi rayonu ərazisində özünün adına 6 mərtəbəli böyük
bir qeyri-yaşayış binası inşa etdirib, Alov qüllələrində böyük bir mənzil alıb,
bir sözlə, qəfildən maddi imkanları artıb...
DTX-nin əməliyyat keçirdiyi "Elit” şəbəkəsinin bir apteki də məhz deputata
məxsus olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanındadır.
Deputata məxsus binanın 1-ci mərtəbəsində "Elit” apteki, 6-cı mərtəbəsində
isə oğlu Həbib Axundovun "Çardaq” adlı qəlyanxanası yerləşir.
Uluyol.az
Вернуться назад
|