Главная > GÜNDƏM > Ermənistan: yeni hökumətdə ilk təyinatlar

Ermənistan: yeni hökumətdə ilk təyinatlar


11-05-2018, 10:26.

               Ermənistan: yeni hökumətdə ilk təyinatlar

 

Ermənistanın yeni baş naziri Nikol Paşinyan hökuməti formalaşdırmağa başlayıb. Novator.az-ın məlumatına görə, mayın 10-da prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatına baxaraq Georgi Kutoyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru, Vladimir Qasparyanı Ermənistan Polisinin rəisi postlarından çıxarıb.

Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Artur Vanetsyan gətirilib. Ermənistan Polisinin rəisi postunu isə Valeri Osipyan tutub. Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin Yerevan şöbəsinin rəis müavini, Valeri Osipyan Ermənistan Polisi rəisinin müavini idi.

Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan mayın 8-dən baş nazirlik edir. Qanunla hökumət baş nazirin birinci müavinindən, 2 müavinindən və 18 nazirdən ibarətdir. Kabinetin nəzdində Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi, Şəhərsalma Komitəsi, Mülki Aviasiya Baş İdarəsi, Daşınmaz Əmlakın Kadastrı Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi, Dövlət Əmlakı İdarəsi, Dövlət Gəlirləri İdarəsi də var. Təyinatları baş nazirin təqdimatı ilə prezident edir.

 


Вернуться назад