Главная > Dünya > Tbilisidə aksiya iştirakçıları çadırlar qurur

Tbilisidə aksiya iştirakçıları çadırlar qurur


13-05-2018, 08:24.

              Tbilisidə aksiya iştirakçıları çadırlar qurur

 

Tbilisidə parlament qarşısında Rustaveli prospektində günorta saatlarından etibarən keçirilən etiraz aksiyası davam etdiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə aksiyanın təşkilatçılarından olan "Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili deyib.

Tbilisi meri Kaxa Kaladzenin etirazçılara müraciətinə münasibət bildirən B.Tsikarişvili deyib ki, şəhər meri narkotiklərlə bağlı siyasət barədə danışmamalıdır: "Bu barədə baş nazir və daxili işlər naziri danışmalıdır”.

Hərəkat lideri qeyd edib ki, parlament qarşısında çadırlar qurulur və aksiya gecə də davam etdiriləcək.

Aksiya iştirakçıları saat 22:00-a qədər baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı bəyanatla çıxış etməyə çağırmışdılar. Hökumət administrasiyasından G.Kvirikaşvilinin bəyanat vermək niyyətində olmadığı bildirilib.

 


Вернуться назад