Главная > Islam > Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı müəyyənləşib

Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı müəyyənləşib


14-05-2018, 11:39.

            Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı müəyyənləşib

 

Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i may ayının 17-ə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.

Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.

Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.

 


Вернуться назад