Главная > Dünya > İvanişvilinin oğlu marixuananın leqallaşdırılmasına dəstək verdi

İvanişvilinin oğlu marixuananın leqallaşdırılmasına dəstək verdi


14-05-2018, 12:32.

             İvanişvilinin oğlu marixuananın leqallaşdırılmasına dəstək verdi

 

Gürcüstanın hakim partiyası "Gürcü arzusu - demokratik Gürcüstan"ın sədri Bidzina İvanişvilinin oğlu Bera Tbilisinin mərkəzində keçirilən etiraz aksiyalarının fonunda özünün Facebook sosial şəbəkəsindəki səhifəsində "Leqallaşdırma" adlı klip yayıb.

Partiya liderinin oğlu narkotik tərkibli bitki sayılan marixuananın (anaşa) leqallaşdırılmasını açıq şəkildə müdafiə edib, narkomanların və narkotacirlərin həbs edilməsinə qarşı çıxıb. Mahnıda "Mən hakimiyyətdən qorxmayan nəsli təmsil edirəm" kimi sözlər də var.

Beranın mahnısı 40 dəqiqə ərzində böyük reaksiya doğurub, onun paylaşımı sosial şəbəkə iştirakçıları tərəfindən 382 dəfə paylaşılıb.

Bu arada Tbilisinin mərkəzində üç aksiyanın keçirildiyi, şəhərdə durumun gərgin olduğu bildirilir. Aksiya iştirakçılarına qarşı iki supüskürən maşın və çox sayda polis qüvvələri səfərbər olunub.

 


Вернуться назад