Главная > Ümumi > Modilyaninin “Uzanan lüt qadın” əsəri rekord qiymətə satıldı: 157 milyon dollar...

Modilyaninin “Uzanan lüt qadın” əsəri rekord qiymətə satıldı: 157 milyon dollar...


15-05-2018, 13:14.

         Modilyaninin "Uzanan lüt qadın” əsəri rekord qiymətə satıldı: 157 milyon dollar...

 

Məşhur italiyalı rəssam Amedeo Modilyaninin "Çılpaq qadın” seriyasından olan bir rəsm əsəri Sotheby's hərracında rekord qiymətə satılıb.

Musavat.com Rusiyanın RBK agentliyinə istinadən xəbər verir ki, bəhs edilən rəsm əsəri hərrac evinin tarixində mütləq rekord sayılır.

Xəbərə görə, əsərin əvvəlki sahibi onu 2003-cü ildə 26,9 milyon dollara eyni hərrac evində əldə edibmiş.

Rəssamın çılpaq modellər (Nu couche) seriyasında 22 belə rəsm əsəri var.

"Sotheby's”da satılan rəsm şəxsi kolleksiyalarda olan 9 əsərdən biridir.


 

Sözügedən rəsmin özü 1917-ci ildə çəkilib. Rəsmə ilk qoyulan qiymət də hərrac evi üçün rekord sayılmalıdır: 150 milyon dollar...

Lakin Modilyaninin Sotheby's-dan başqa hərrac evində satılan daha bahalı əsərləri də olub. Məsələn onun 1918-ci ildə çəkdiyi və eyni seriyadan olan rəsm əsəri Nyu-Yorkda yerləşən "Christie's” hərrac evində 170,4 milyon dollara satılıb.

Ümumiyyətlə, dünyada satılan ən bahalı rəsm əsəri Leonardo da Vinçiyə aiddir. Onun "Dünyanın xilaskarı” adlı əsəri yuxarıa adıçəkilən "Christie's” hərrac evində 450,3 milyon dollara satılıb. Əsərin alıcısı isə rusiyalı milyarder, Dmitri Rıbolovlevdir.

 


Вернуться назад