Главная > Maraqlı > Siçanlar necə danışacaq

Siçanlar necə danışacaq


15-05-2018, 08:40.

                Siçanlar necə danışacaq

 

Amerikalı mütəxəssislər müəyyənləşdirib ki, siçanlar da quşlar və insanlar kimi mahnı oxumağı öyrənə bilirlər. Araşdırmalara görə, birlikdə yaşayan erkək siçanlar bir müddət sonra səslərini bir-birinə uyğunlaşdırırlar.

 

Bundan başqa, siçanların da beynində quşlarda və insanlarda olduğu kimi eşidilən səsləri öyrənmək üçün bir davranış mexanizmi var. Bununla bağlı daha öncə aparılan bir araşdırmada qeyd olunmuşdu ki, erkək siçanlar cütləşmə zamanı dişi siçanı tovlamaq üçün qəribə səslər çıxarır. Bu insanın eşidə bilməyəcəyi qədər zəif səs olsa da, incələmə zamanı onun ağlamsınaraq oxunan mahnıya bənzədiyi üzə çıxıb. Amma siçanların da beynində səslərin tənzimlənməsi üçün hissələr var və onlar beynin ön hissəsində yerləşir.

 


Вернуться назад