Главная > Araşdırma > Hansı ölkə ABŞ-a nə qədər borcludur?

Hansı ölkə ABŞ-a nə qədər borcludur?


16-05-2018, 16:40.

                    Hansı ölkə ABŞ-a nə qədər borcludur?

 

ABŞ-ın Maliyyə Nazirliyi bu ölkədən borc alan dövlətlərin siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, aprelin 1-nə ABŞ-a ən çox Çin borcludur: 1,2 trilyon dollar.

İkinci yerdə 1 trilyon 43,5 milyard dollar borcla Yaponiya gəlir.

Üçüncü sırada dayanan İrlandiyanın ABŞ-a 317,9 milyard borcu var.

Braziliyanın borcu 286 milyard dollar, Böyük Britaniyanın borcu 263,7 milyard dollar, İsveçrənin borcu 245,4 milyard dollardır.

Hindistanın ABŞ-a borcu 157 milyard dollar, Səudiyyə Ərəbistanın borcu 151,2 milyard dollar, Cənubi Koreyanın borcu 100,4 milyard dollar göstərilir.

Rusiyanın ABŞ-a 96,1 milyard dollar, Kanadanın 92,9 milyard dollar, Fransanın 80,9 milyard dollar, Almaniyanın 76,5 milyard dollar, Türkiyənin 40,9 milyard dollar verəcəyi var.

 


Вернуться назад