Главная > Aktual > İsrail Türkiyəyə qarşı embarqo TƏTBİQ ETDİ

İsrail Türkiyəyə qarşı embarqo TƏTBİQ ETDİ


16-05-2018, 17:52.

                     İsrail Türkiyəyə qarşı embarqo TƏTBİQ ETDİ

 

İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırıb.

Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İsrailin kənd təsərrüfatı naziri Uri Ariel sosial şəbəkədəki səhifəsindən bildirib.
"Türkiyəyə dəstək olmayacağıq”, - nazir yazıb.
Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.
Türkiyə İsrailin hərəkətlərinə etiraz olaraq İsrailin Ankaradakı səfirini və İstanbuldakı baş konsulunu ölkəsinə göndərib.


Вернуться назад