Главная > Siyasət > Ağ Ev açıqladı: Görüşə hazırlıq görürük

Ağ Ev açıqladı: Görüşə hazırlıq görürük


17-05-2018, 22:20.

              Ağ Ev açıqladı: Görüşə hazırlıq görürük

 

ABŞ Prezidenti Donald Tramp əvvəl olduğu kimi indi də Şimali Koreya lideri Kim Çen İnlə görüşə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Sara Sanders deyib.

"Prezident görüşə hazırdır və həmişə hazır olacaq. Biz hazırlıqlar görürük. Mövqeyimiz dəyişməyib”, - Sanders bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl rəsmi Pxenyan Vaşinqton-Seul birgə hərbi təlimləri səbəbindən KXDR-ABŞ sammitinin ləğv ediləcəyi ilə bağlı Ağ Evi hədələmişdi.

 


Вернуться назад