Главная > Dünya > Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb

Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb


24-05-2018, 12:38.

                 Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb

 

Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb.

"Report” DHA-ya istinadən xəbər verir ki, qoruyucuların mindiyi avtomobil terrorçu PKK qruplaşmasının yola döşədiyi minaya düşüb.

Hadisə mayın 24-də səhər saatlarında İranla dövlət sərhədindən 45 km aralıda, Şemdinli rayonunun Kayalar bölgəsində baş verib. İlkin məlumata görə, şəhid olan qoruyucular Fehmi və Ayhan Özər qohumdurlar. Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər.

 


Вернуться назад