Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak
maxinasiyasında-ŞOK FAKTLAR
2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyevin
iştirakı ilə Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının
dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda çıxış edən
məmur və sahibkarların içərisində "Qara inək fermer təsərüfatı"
MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı 2016-cı il aprel döyüşlərində
ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin ölməsini
vurğulaması media olaraq diqqətimizdən yayınmadı.
F.Əyyubzadənin çıxışında səsləndirdiyi fikirlərin nə dərəcədə doğru
olub-olmadığını öyrənmək üçün apardığımız jurnalist araşdırması nəticəsində məlum oldu ki, 2016-ci ilin aprel hadisələri
zamanı "Qara inək fermer təsərüfatı" MMC-nin Ağdam rayonunun Əfətli kəndində
yerləşən fermasına düşən mərmilər zamanı müəssisədə 12 heyvan ölmüş, 25-i isə
yaralanmışdır. O zaman bu barədə Fuad Əyyubzadənin özü dəymiş ziyanla bağlı
dövlətin rəsmi agentliyi olan AzərTac-a
da açıqlama verib. Sonradan isə "Qara inək fermer təsərüfatı" MMC-nin
dövlətə olan 412,589 manat borcu silinmişdir.
Sadə bir sahibkarın dövlət başçısına bu cür yalan danışması, daha doğrusu bu
"cəsarəti" haradan, kimlərdən alması, əlbəttə ki, bizim jurnalist
marağımızı oyatmaya bilməzdi. Dövlət başçısına yalan danışan sahibkara "zəhərin"
hansı "ilanlar" tərəfindən verilməsi istiqamətində araşdırmalara
başlamaq istədiyimiz zaman isə saytımıza Fuad Əyyubzadə ilə bağlı şokedici məlumatlar
daxil oldu.
Redaksiyamıza daxil olan məlumatda ixtisasca hüquqşünas olan Fuad Əyyubzadənin
episentrində olduğu maxinasiyadan bəhs olunur. Qeyd edək ki, F.Əyyubzadənin
"baş rol" aldığı bu hadisədə ölümünə sayılı günlər qalmış bir insanın
Şahid Həbibullayev adlı sahibkarın səmimiyyətindən sui-istifadə edərək saxta sənədlərlə
var-dövlətini talamağa cəhd edilir. Beləliklə redaksiyamıza ünvanladığı Şahid
Abdullayevin oğlu İlqar Həbibullayev yazır:
Şirvan Apellyasiya Məhkəməsinin hakimi saxta maliyyə əməliyyatlarında
"Mərhum atam Şahid Həbibullayevin ikinci nigah üzrə həyat yoldaşı Həbibullayeva
(Novruzova) Reyhan Əli-İskəndər qızının atamın xərçəng xəstəsi olduğunu və qısa
müddət ömrü qaldığını bilərək ölümünə yaxın nigah rəsmiləşdirmiş, bundan sonra
onun xəstəliyindən istifadə edərək Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində
işləyən qardaşı Novruzov Ələsgər Əli-İskəndər oğlunun şəxsən iştirakı ilə
«Azekspert» hüquq firmasında işləyən dostları Fuad, Samir və Fərhad adlı şəxslərin
köməkliyi ilə hazırda səhmlərinin 65%-i mənə və qardaşım Şahin Həbibullayevə məxsus
olan «Magistral-Ekspress» ASC-nin əmlakını ələ keçirməyə cəhd etmişlər.
Belə ki, onlar bu niyyətlə 2011-ci ilin dekabr ayında Ələsgər Novruzovun şəxsən
iştirakı ilə heç bir fəaliyyəti olmayan, yalnız birdəfəlik saxta maliyyə əməliyyatları
həyata kecirmək üçün faliyyəti bərpa olunmus «Həkəri» Kiçik Müəssisəsindən
(hal-hazırki adı «Modern Mexaniki Quraşdırma» MMC) guya nağd pulun daxil olması
barədə kassa mədaxil orderləri yazılmış və eyni gündə də guya pulun verilməsi
barədə mərhum atam Şahid Həbibullayevin adına kassa məxarici orderləri
yazılmışdır.
Halbuki, həmin vaxt kassir və mühasib işləyən şəxslər heç bir pul vəsaitinin
olmadığını və hakim Ələsgər Novruzovun həmin prosesdə şəxsən iştirak etdiyini təsdiq
etmişlər. Bunların əsasında 2 851 000 manat saxta borc yaradaraq 2 saylı Bakı
İnzibati-İqtisadi məhkəməsində «Magistral-Ekspress» ASC-yə qarşı saxta məzmunlu
iddia qaldırılmışlar. Qurulmuş bu mexanizmə görə ASC-nin rəhbəri olan atam məhkəmədə
borcu etiraf edəcək və borcu ödəniş qabiliyyəti olmadığı üçün tələb ASC-nin əmlakına
yönəldiləcək və bununla da ASC bütovlüklə ələ keçiriləcəkdi. Lakin həmin ərəfədə
atam vəfat etdiyindən bu niyyətləri baş tutmamış, iddia ərizələrini geri
götürmüşlər.
Niyyətləri puça çıxan hakim və vəkillər istintaq qarşısında
Bu fakt ilə əlaqədar 2017-ci il aprel ayında ASC-nin yerləşdiyi Nərimanov rayon
prokurorluğu tərəfindən 170066046 saylı cinayət işi qaldırılmış, lakin həmin
işdə hakim Ələsgər Novruzovun iştirakı olduğu üçün daha sonra Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. İstintaq vaxtı
bir sıra şəxlər, o cümlədən hakim Ələsgər Novruzov dindirilmiş, üzləşmələr
aparılmış, faktiki rəhbəri Fuad adlı şəxsin olduğu və saxta maliyyə əməliyyatının
aparıldığı «Həkəri» KM-nin fəaliyyəti barədə müvafiq orqanlara sorğu
verilmişdir.
Lakin, hüquqşünas olduğum üçün istintaqın qısa müddətdən sonra qeyri-obyektiv
istiqamətə yönəldiyini açıq aşkar hiss edib aşağıdakı suallarla istintaqa
müraciət edərək araşdırılmasını xahiş etmişəm.
Fuad Əyyubzadə iki "rol"da
Bir.«Həkəri» KM-nin təsisçisi və direktoru Samir adlı şəxs olduğu halda
istintaq orqanı hansısa səbəbdən Fuad Əyyubzadə adlı şəxsi KM-nin faktiki rəhbəri
kimi işə cəlb edərək onunla istintaq hərəkətləri aparmışdır. Əldə etdiyimiz sənədlərdən
isə həm də görünür ki, Fuad Əyyubzadə adlı şəxs isə eyni dövrdə «Magistral
eksperess» ASC-yə hüquqi xidmət göstərmişdir. Belə olan halda, rəsmiyyətdə
Fuad, mənafeləri arasında ziddiyyət olan və məhkəmə mübahisəsinə başlayan iki
müəssisənin maraqlarını necə müdafiə edə bilərdi?
Bu bir daha göstərir ki, sözü gedən maliyyə əməliyyatı kagız üzərində olmuş və
müəyyən başqa niyyətlə edilmişdir.
"Həkəri" KM 18 min manatı niyə unutdu?
İki.Əldə etdiyimiz mühasibat sənədlərindən görünür ki, «Həkəri» KM
«Magistral eksperess» ASC-nə guya 268.000 manat ödəmişdir. Məhkəmədə
qaldırılmış iddianın məzmunundan isə görünür ki, pul tələbi 250000 manat təşkil
edir, bu isə 18.000 manat fərq deməkdir. Əgər həqiqi mübahisə var idisə «Həkəri»
KM iddia tələbini niyə öz ziyanına az göstərmişdir?
«Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında bağlanmış "müqavilə"
hanı?
Üç.Əldə etdiyimiz iddia ərizəsindən görünür ki, guya «Həkəri» KM ilə
«Magistral eksperess» ASC arasında yuxarıda qeyd olunan vəsaitin köçürülməsinə əsas
verən və müəyyən tikinti işlərinin sifariş edilməsi barədə müqavilə olmuşdur.
Müqavilənin özünün isə nə əslini, nə də surətini indiyə qədər heç kim görməmişdir.
Həmin müqavilənin ümumiyyətlə tərtib olunub-olunmaması, əgər olunmuşdursa məhkəməyə
təqdim edilib edilməməsi barədə, eləcə də yuxarıda qeyd etdiyim digər iki
xüsusat üzrə həm Fuad, həm də vergi orqanlarında «Həkəri» KM-nin rəhbəri kimi
qeydiyyatdan keçən Samir adlı şəxslər ətraflı dindirilməli, eləcə də 1 saylı
inzibati-iqdisadi məhkəməsinə sorğu edilməklə iki müəssisə arasında yuxarıda
göstərilən pul vəsaitinin köçürülməsinə səbəb olmuş müqavilənin olub-olmaması,
olmuşsa surəti tələb olunmalıdır.
Layihəsi olmayan "tikintiyə" «Həkəri KM» 268.000 manat ödəyib?
Dörd.Sözügedən müqavilə üzrə guya sifarişçi «Həkəri» KM
«Magistral-ekspress» ASC-nə öz ərazisində tikinti obyekti inşa olunmasını
sifariş etmişdir. Halbuki, tikinti nəinki icra edilməmiş, müqavildə üzrə
sifariş verilmiş «tikintinin» layihə s. kimi hallar ümumiyyətlə heç kimə məlum
deyil, daha doğrusu maliyyə əməliyyatı saxta olduğundan belə sifariş də
olmamışdır. Bu barədə ASC-də məlumatı olan belə yoxdur. Ən maraqlısı isə budur
ki, 268.000 manat dəyərində tikinti sifariş etmiş «Həkəri» KM həmin məbləğin
bir hissəsini keçirdikdən bir müddət sonra heç bir tikinti mövcud olmadığı
halda «gözünü yumaraq» ikinci böyük məbləğdə köçürmə həyata keçirmişdir.
Maraqlıdır, «Həkəri KM»-nin rəhbərliyi bu dərəcədə ağılsızmı olmuşlar?..
Beş.Əməliyyatın saxta olmasını təsdiq edən başqa bir dəlil iki dəfə böyük
məbləğdə vəsaitin bank hesabından kənar nağd qaydada keçirilməsidir.
Altı.Başqa bir fakt isə budur ki, sözü gedən vəsaitin «Həkəri» KM-nin
kassasına mədaxil edildiyini təsdiq edən heç bir sənəd mövcud deyil və istintaq
zamanı Fuad belə bir sənəd təqdim edə bilməmişdir.
Ardı var...
Növbəti sayımızda yuxarıda qeyd olunan suallara cavab olaraq Azərbaycan
Respublikasının Auditorlar Palatasının 16.09.2016-cı ildə SA/039 icazə nömrəli
qərarı ilə hər iki müəssisədə aparılan auditin nəticəsini təqdim edəcəyik.
Xüsusi qeyd: Xatırladaq ki, bu məsələ ilə bağlı Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
Uluyol.az
Вернуться назад
|