Главная > Aktual > Qəzzada toqquşmalar nəticəsində 109 fələstinli xəsarət alıb

Qəzzada toqquşmalar nəticəsində 109 fələstinli xəsarət alıb


25-05-2018, 23:38.

               Qəzzada toqquşmalar nəticəsində 109 fələstinli xəsarət alıb

 

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 100-dən çox fələstinli xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

 

"Bü gün Qəzza zolağının şərq sərhədində 109 nəfər müxtəlif dərəcəli xəsarət alıb”, deyə Ə.əl-Kidra qeyd edib.

 

Martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində "Böyük Qayıdış Yürüşünə" başlayıb. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu yaralanıb.

 


Вернуться назад