Главная > Sosial > Rus hakim heyrət içində: Azərbaycan vətəndaşı 10 il Rusiyada sənədsiz necə yaşayıb?

Rus hakim heyrət içində: Azərbaycan vətəndaşı 10 il Rusiyada sənədsiz necə yaşayıb?


26-05-2018, 12:18.

         Rus hakim heyrət içində: Azərbaycan vətəndaşı 10 il Rusiyada sənədsiz necə yaşayıb?

 

Rusiyanın Omsk şəhər Lenin rayon məhkəməsi R.İ adlı azərbaycanlının işinə baxıb.

Musavat.com-un yerli KİV-ə istinadən verdiyi məlumatına görə, miqrasiya qanunverciliyini pozduğuna görə, Azərbaycan vətəndaşı Rusiyadan məcburi şəkildə deportasiya edilib.

Amma məsələnin bu tərəfi maraqlı deyil. Çünki Rusiya məhkəmələrində gündə yüzlərlə belə işə baxılır. Həm yerli KİV-in, həm də hakimi heyrətə gətirən o olub ki, R.İ düz 10 il Omskda nəinki pasportsuz, ümumiyyətlə heç bir sənədi olmadan yaşayıb.

2008-ci ildə Omska gələn R.İ. həmin ilin oktyabrında pasportunu itirib. Sonradan isə sənəd almaq barədə düşünməyib. Yeri gəlmişkən, Azərbaycan vətəndaşı həm də 2 min rubl cərimə ödəyib.

 


Вернуться назад