Главная > Müsahibə > “Mirmahmud Mirəlioğlu sədrlikdən gedir” iddiası

“Mirmahmud Mirəlioğlu sədrlikdən gedir” iddiası


26-05-2018, 12:30.

                     "Mirmahmud Mirəlioğlu sədrlikdən gedir” iddiası

 

Xəzər Teyyublu: "Sədrliyə yenidən namizəd olacağı barədə suala cavab verməyi yalnız özü və yaxud qurultay deyə bilər”

Klassik Xalq Cəbhəsi Partiyası(KXCP) qurultaya hazırlaşır. Partiyadan əldə etdiyimiz məlumata görə, qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək. Diqqətçəkən məqamlardan biri xeyli vaxtdır KXCP sədri Mirmahmud Mirəlioğlunun sanki "kölgəyə” çəkilməsidir. Adətən aktivliyi, mediada tez-tez görünməsi ilə seçilən Mirmahmud Mirəlioğlunun nədən son zamanlar görünməməsi maraq doğurur.

Bəzi iddialara görə, Mirmahmud ağa qurultay öncəsi bu cür davranış nümayiş etdirməklə sədrliyə digər iddiaçı olacaq şəxslərdən təbliğat sarıdan önə çıxmaq istəmədiyindən, necə deyərlər imkanlarından bu arada istifadə etməyi doğru saymadığından səssizdir. Başqa bir iddiaya görə, M.Mirəlioğlunun sədrliyə namizədliyini verməyəcəyi ehtimalı var və aktiv olmaması bununla bağlıdır.

Qeyd olunanlarla bağlı KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyubluya aşağıdakı sualları ünvanladıq:

Partiyanın qurultayının vaxtı dəqiqləşibmi? Xəbərlər yayılıb ki, Mirmahmud Mirəlioğlu sədrliyə namizəd olmayacaq. Sədrliyə başqa iddiaçılar var? Sədrin keçmiş müavini Oqtay Gülalıyev sədr olmaq istədiyi təbliğatını sosial şəbəkədə aparır. Onun sədr olması mümkünmü? KXCP-də sədrliyə namizədliyini rəsmi irəli sürmək proseduru necədir, namizədlik qurultaydan əvvəl, yoxsa qurultayın gedişində irəli sürülür?

Xəzər Teyyublu "Yeni Müsavat”a bildirdi ki, KXCP azadlıq mübarizəsi iştirakçılarından ibarət təşkilatdır və ölkəyə demokratiya gətirən təşkilatdır. Partiya özünün nizamnaməsinə görə Ali Məclisin qərarı ilə növbəti qurultayına gedir. Qurultayın günü hələ təyin edilməyib. X.Teyyublu qeyd etdi ki, Nizamnamədə partiyanın üzvü olan şəxslərə sədrliyə namizədliyini vermək üçün hüquq tanıyır. Bu məsələdə heç bir məhdudiyyət yoxdur, hər bir partiya üzvünün müstəsna səlahiyyəti var ki, namizəd olsun: "Təbii ki, partiya qurultayında sədrliyə rəsmi namizəd o vaxt hesab olunur ki, qurultayın gedişində namizədin adı rəsmi irəli sürülür və səsverməyə buraxılır”.

M.Mirəlioğlunun namizədliyi məsələsinə gəlincə, X.Teyyublu bildirdi ki, Mirmahmud bəy partiyanın sədridir, nüfuzlu şəxsdir, istiqlalçı millət vəkilidir, KXCP-nin yükünü çiyinlərində daşıyan insandır. Lakin sədrliyə yenidən namizəd olacağı barədə suala cavab verməyi yalnız özü və yaxud qurultay deyə bilər.

ı KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu ile ilgili görsel sonucu

 

Digər namizədlərin olub-olmayacağına gəldikdə, müsahibimiz dedi ki, hələlik hüquq müdafiəçisi Oqtay Gülalıyev iddia qoyub və bu haqda partiyanın Qurultaya hazırlıq üzrə Təşkilat komitəsinə rəsmi müraciət edib. Rayon şöbələrinin konfranslarında iştirak etmək arzusunu bildirib:"Texnoloji informatika dövrü və internet imkanlarından istifadə edərək Oqtay bəy özünün Facebook səhifəsindən sədrliyə iddiasını elan edib. KXCP demokratik təşkilatdır. Proseslərin necə olacağını isə zaman bildirəcək. Namizəd olmağa, Azərbaycanda demokratiyanın qələbə qazanması naminə mübarizə aparmaq üçün KXCP sıralarında istənilən vətəndaşımızın seçkili orqanlarda təmsil olunmasına əngəl yoxdur. KXCP müxalifət partiyası olaraq, Azərbaycanda demokratiyanın bərqərar edilməsində, vətəndaşların siyasi, sosial haqlarının müdafiəsində, Qarabağın qaytarılmasında, azad seçki, azad söz, insan hüquq və azadlıqlarının qorunmasında, Bütöv Azərbaycan qurulmasında fəaliyyət göstərir”.

Etibar SEYİDAĞA, musavat.com

 


Вернуться назад