Главная > Maraqlı > NASA açıqladı: İnsan 46 il sonra Aya ayaq basacaq

NASA açıqladı: İnsan 46 il sonra Aya ayaq basacaq


26-05-2018, 17:07.

                NASA açıqladı: İnsan 46 il sonra Aya ayaq basacaq

 

NASA uzun illərdən sonra Aya insan göndərməyə hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat ABŞ-ın kosmik şirkətləri ilə ticarət əlaqələrini genişləndirmək üçün Aya yenidən insan göndərəcək. ABŞ-ın "Ay üzərində varlığını davam etdirmək" məqsədi ilə 2019-cu ildən layihələr həyata keçiriləcək, bunların arasında insanın olduğu kosmik gəmi göndərmək də var. ABŞ sonuncu dəfə 1972-ci ildə Aya astronovt göndərib.

ABŞ prezidenti Donald Tramp ötən il bu barədə NASA-ya göstəriş vermişdi. Ötən il vitse-prezident Mayk Pens də bu plan barədə fikirlər səsləndirmişdi.

Qeyd edək ki, amerikalı mühəndis İlon Mask da "Ay turizmi" ideyası üzərində çalışır.

 


Вернуться назад