Главная > Ümumi > Kiyevdə bomba həyəcanı, yüzlərlə polis hərəkətə keçdi - Real - Liverpul oyunu təxirə salınacaq?

Kiyevdə bomba həyəcanı, yüzlərlə polis hərəkətə keçdi - Real - Liverpul oyunu təxirə salınacaq?


26-05-2018, 18:23.

      Kiyevdə bomba həyəcanı, yüzlərlə polis hərəkətə keçdi-Real - Liverpul oyunu təxirə salınacaq?

Bu gün Çempionlar Liqasında final oyununun keçiriləcəyi Ukraynanın paytaxtı Kiyevdə bomba həyəcanı yaşanıb.

 

Naməlum şəxs polisə zəng edərək 5 metro stansiyasında partlayıcı qurğuların yerləşdirildiyi barədə hədələr səsləndirib. Dərhal hərəkətə keçən polis, metro stansiyalarında axtarışlara başlayıb. Sərnişinlər təxliyə olunub. Hələlik partlayıcı qurğuya rast gəlinməyib.

 

Qeyd edək ki, Çempionlar Liqasının final oyununda "Real Madrid" və "Liverpul" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq. Bomba həyacanına baxmayaraq oyun təxirə salınmayacaq.

 


Вернуться назад