Главная > Ümumi > Avstraliyanın ştat parlamentinin sədri 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb

Avstraliyanın ştat parlamentinin sədri 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb


27-05-2018, 08:35.

             Avstraliyanın ştat parlamentinin sədri 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb

 

Avstraliya İttifaqının Viktoriya ştatı parlamentinin qanunverici şurasının sədri Brüs Atkinson 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Avstraliyadakı səfirliyinə təbrik məktubu ünvanlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məktubda Brüs Atkinson Viktoriya ştatının parlamenti və sakinləri adından Azərbaycan hökuməti və xalqını, eləcə də Viktoriya ştatında yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik edib.

Brüs Atkinson Azərbaycan icmasının anlayış, hörmət və etimadın yaradılması ilə Viktoriya ştatının mədəniyyətinin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini təqdir edərək, həmvətənlərimizin Viktoriyanın ahəngdar və multikultural cəmiyyətə çevrilməsinə töhfə verdiyini yüksək qiymətləndirib. O, Azərbaycan və Viktoriya ştatı arasında dostluğun bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

 


Вернуться назад