Главная > İdman > Ramos Salahın zədələnməsi barədə: “Özümü günahkar hesab etmirəm”

Ramos Salahın zədələnməsi barədə: “Özümü günahkar hesab etmirəm”


27-05-2018, 20:45.

                Ramos Salahın zədələnməsi barədə: "Özümü günahkar hesab etmirəm”

 

Çempionlar Liqasının finalında "Real” "Liverpul”a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

Minval.info xəbər verir ki, oyunun 28-ci dəqiqəsində "Liverpul”un futbolçusu Məhəmməd Salahı yıxaraq zədələyən kapitan Serxio Ramos oyundan sonra açıqlama verib.

Rəqibin oyundan çıxmasına səbəb olan ispaniyalı müdafiəçi özünü günahkar hesab etməyib: "Salahın vəziyyəti üzücü oldu. Bunun baş verməsini heç vaxt istəməzdik. Mən həmin epizoda görə özümü günahkar hesab etmirəm”.

Məhəmməd Salahı zədələyən Ramos ikinci hissədə də kobudluğu ilə yadda qalıb. 32 yaşlı futbolçu "Liverpul”un qapıçısı Loris Kariusa qarşı sərt oynasa da, həmin epizod hakimin gözündən qaçmışdı.

 


Вернуться назад