Главная > İdman > Ufuk Budak: "Qarabağ"a transferimlə bağlı söbət olmayıb"

Ufuk Budak: "Qarabağ"a transferimlə bağlı söbət olmayıb"


27-05-2018, 23:00.

                Ufuk Budak: "Qarabağ"a transferimlə bağlı söbət olmayıb"

 

Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Qırğızıstan yığması ilə yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

Uluyol.az "Report"-a istinadən həmin müsahibəni təqdim edir:

Türkiyənin "Samsunspor” klubundan ayrıldınız. Karyeranızı harada davam etdirəcəksiniz?

- Hələ heç nə bəlli deyil. Bu barədə ciddi danışmalı və müzakirələr aparmalıyıq. Hələlik gözləyirəm.

Qurban Qurbanov6 gün "Qarabağ”da məşq etdiyinizi bildirdi. Bu klubda çıxış etmək istərdiniz?

- O, məni fiziki vəziyyətimi düzəltmək üçün məşqlərə dəvət etmişdi. Uzun müddət oynamırdım. Aramızda "Qarabağ”da qalmaqla bağlı söhbət olmadı.

Əvvəllər də yığmada olmusunuz. Qurban Qurbanovun gəlişindən sonra nə dəyişib?

- Sonuncu dəfə 4 il əvvəl gəlmişdim. Fərqli üzlər gördüm. Gənc futbolçularımız var. Daha dinamik komandadır.

Bu illər ərzində millinin çıxışını izləyirdiniz?

- Bəli, mən də yığma üzvüyəm. Hər oyunu izləməyə çalışırdım.

Bir müddət əvvəl Azərbaycan vətəndaşlığından imtina etdiyiniz deyilirdi. Çünki Türkiyədə legioner sayılmırdınız.

- İki pasportum var idi. İndi də belədir. Başqa söhbət olmayıb.

Robert Prosineçki sizi niyə yığmaya çağırmırdı?

- Bir dəfə dəvət etmişdi, 10 gün komandada oldum. Sonra çağırmadı. Bunu məndən soruşmayın.

 


Вернуться назад