Главная > Problem > TƏKLİF: Narkotiklərə meyillənən gənclər məcburi müalicə olunsun

TƏKLİF: Narkotiklərə meyillənən gənclər məcburi müalicə olunsun


31-05-2018, 19:05.

            TƏKLİF: Narkotiklərə meyillənən gənclər məcburi müalicə olunsun

 

Ölkədə gənclərin narkotik vasitələrə meyilliyinin azaldılması üçün daha təsiredici tədbirlər görmək lazımdır.

Bu barədə Trend-ə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.

M.Əfəndiyevin sözlərinə görə, bu sahədə tədbirlər gücləndirilməlidir: "Bunun üçün əsasən maarifləndirmə, təbliğat işləri gücləndirilməlidir. Təbii ki, bu məqsədlə dövlət tərəfindən tədbirlər görülür. 2007-2013-cü illər və 2013-2018-ci illəri əhatə edən dövlət proqramları həyata keçirilir. Amma daha effektiv tədbirlərin həyata keçirilməsi vacibdir. Biz istəyirik ki, narkotiklərə meyillənən gənclər islah əmək müəssisələrinə deyil, səhiyyə müəssisələrinə göndərilsin, həmin müəssisələrdə onların məcburi müalicəsi həyata keçirilsin. həmçinin maarifləndirmə tədbirlərinin gücləndirilməsi üçün maliyyə istiqamətləri müəyyən edilsin".

M.Əfəndiyevin fikrincə, bu, narkotik vasitələrin aludəçilərinə qarşı effektiv tədbirlərin həyata keçirilməsinə, gənclərin narkotikdən yayınmasına imkan verəcək: "Biz çalışmalıyıq ki, gənclər idmana, elmə, kitaba meyillənsin və narkotikdən uzaq olsunlar".

 


Вернуться назад