Главная > Problem > Smartfonlar uşaqların psixologiyasına ZƏRƏRLİDİR – VİDEO

Smartfonlar uşaqların psixologiyasına ZƏRƏRLİDİR – VİDEO


6-06-2018, 14:49.

         Smartfonlar uşaqların psixologiyasına ZƏRƏRLİDİR – VİDEO

 

Müasir dövürdə əksər insanlar informasiyanı smartfon və ya kompüter vasitəsilə alır. Xüsusi ilə gənc nəslin nümayəndələri günün bir neçə saatını mobil telefonları ilə keçirir. Bəs yetkinlik yaşına çatmayan uşaqlar gün ərzində smartfondan hansı məlumatları alır?

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Sakin: "Facebook, İnstagram, WhatsApp-dan istifadə edirəm”.

Sakin: "Sosial şəbəkələrə girirəm. Kim nə qoyub, nə paylaşıb baxıram”.

Göründüyü kimi gün ərzində gənclərin əksəriyyəti sosial şəbəkələrdə müxtəlif şəkillərə və videolara baxmaqla zaman keçirir. Valideynlər bildirir ki, nəinki yeniyetmələri, azyaşlı uşaqları belə kompüter və telefonlardan ayırmaq çətinləşib. Onlar problemdən çıxış yolunu xüsusi qadağanedici proqramlardan istifadədə görür.

Psixoloqlar bilir ki, uşaqlarda informasiya mədəniyyətinin formalaşdırılmasında valideynlərin bilavasitə rolu var. Valideynlər uşaqları intelektual oyunlar oynamağa sövq etməli, onları nəzarətdən kənar buraxmamalıdır.

Mehriban Mütəllimova (psixoloq): "Artıq yeniyetmə yaşına çatana kimi uşaqların xəbərləri izləməsini düzgün görmürəm. Çünki orada gördükləri pis hadisələr onlarda mənfi emosiyaların yaranmasına gətirib çıxarır”.

Gün ərzində övladına nəzarət imkanı olmayan valideynlər xüsusi proqramlarla onarın kompüter və smartfondan istifadəsinə məhdudiyyətlər qoya bilər. Sözügedən qadağanedici proqramlar provayder vasitəsi ilə və ya azyaşlıların istifadəsində olan cihazın müvafiq funksiyaları ilə aktivləşdirilir.

Valideynlər həmçinin bilməlidir ki, sözügedən cihazlardan övladlarının istifadəsinə tam qadağa qoymaq düzgün deyil. Çünki müsair dövr üçün bu uşağı bəzi sahələrdə inkişafdan ləngidə bilər. Yeni texnologiyadan istifadə müasir uşaqların əsas üstünlüyüdür. Lakin bu istifadə düzgün istiqamətləndirilmədikdə arzuolunmaz nəticələr verə bilər.

 


Вернуться назад